Fransa çempionatında 2024/2025 mövsümünün erkən çempionu olan PSJ UEFA Çempionlar Liqasında (ÇL) yeni rekord müəyyənləşdirib.
Arena.az xəbər verir ki, Paris təmsilçisi buna yarımfinal mərhələsinin ilk oyununda İngiltərədə “Arsenal”a qalib gəlməklə (1:0) nail olub.
Fransa çempionu XXI əsrdə bu ölkənin təmsilçiləri arasında ÇL-də bu raundda səfərdə qələbə qazanmış ilk komandadır.
Sonuncu dəfə 34 il əvvəl, 1991-ci ildə Marsel “Olimpik”i qitənin bir nömrəli klub turnirində Rusiyada Moskva “Spartak”nı üstələmişdi – 3:1.
Qeyd edək ki, PSJ və “Arsenal” arasında cavab oyunu mayın 7-də Parisdə baş tutacaq. Əksər mütəxəssislər PSJ-nin nəinki finala çıxacağını, hətta bu mövsüm ÇL-i qazanacağını proqnozlaşdırırlar.


