Məlum oluduğu kimi İspaniya La Liqasının 35-ci turunda “Barselona” “el klasiko” çərçivəsində evdə “Real”ı məğlub edib – 4:3.
Arena.az “Opta Sports” statisrik internet-portalna istinadən məlumat verir ki, “el klasiko” çərçivəsində tarixi rekord qeydə alınıb.
Belə ki, artıq 18 oyundur ki, “Real” – “Barselona” rəqabəti çərçivəsində heç-heçə qeydə alınmır. Son 18 oyunun 10-da “qaymaqlılar”, 8-də isə “blauqrana” qalib qəlib. “Barselona” həmçinin son 4 oyunda ardıcıl surətdə qələbələri sıralayıb.
Əlavə edək ki, bu dörd oyunun hamısı cari mövsümə təsadüf edir.
35 oyundan 82 xalla “Barselona” İspaniya La Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Real” isə 75 xalla 2-ci pillədədir.


