Ançelotti yenidən “Real”a qayıdacaqmı?

Məlum olduğu kimi, 65 yaşlı italyan mütəxəssis Karlo Ançelotti “Real”ın sükanı arxasından ayrılıb və Braziliya millisini çalışdıracaq.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, təcrübəli mütəxəssis gələcəkdə Madrid klubuna yenidən qayıda biləcəyi ilə bağlı sualı cavablayıb:

“Braziliya millisindən getdikdən sonra mən yenidən “Real”a qayıtmaq istəyirəmmi? Bu, mənim bimədiyim bir xüsusdur (gülür). Mən “Real”dan sonra başqa heç bir klubu çalışdırmaq istəmirəm… Mən bunun əvvəllər də demişəm və indi də bu fikrimə sadiqəm. Gələcəkdə… Mən bilmirəm. Ən əsası “Real”da uğura müvəffəq olmaq idi”, deyə italyan mütəxəssis vurğulayıb.

Xatırladaq ki, mayın 29-da Ançelotti Braziliya millisinin sükanı arxasında işə başlayacaq. İtalyan mütəxəssis “selesao”nu 2026-cı il dünya çempionatında uğura daşımaq niyyətindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: