Din Höysen: “Mənim bütüm – Serxio Ramosdur”

Madrid “Real”ının 20 yaşlı ispaniyalı mərkəz müdafiəçisi Din Höysen pərəstiş etdiyi mərkəz müdafiəçisi haqda sualı cavablayıb.

Arena.az AS dərgisinə istinadən, Höysenin müvafiq müsahibəsini təqdim edir:

– Özünü hansı mərkəz müdafiəçilərinə tay tutmusan?
– Mənim ən böyük bütüm – Serxio Ramosdir. Mənim üçün o, çox bütövdür, bütün xüsuslara malik idi. Məhz buna görə də mən ona bənzəməyə can atıram.

– Onun oyununun hansı dövrünü seçərdin?
– Hamısını. Aparıcılıq nöqteyi-nəzərindən, qolları, şəxsiyyəti, xasiyyəti baxımından. Bax, buna görə də o, mənim bütümdür.

Din Höysen cari ilin iyun ayının 1-də “qaymaqlılar”ın düşərgəsinə keçib. “Kral klubu” Höysenlə 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Real”ın futbolçunun keçidi müqabilində “Bornmut”a 59,50 milyon avro məbləğində ödəniş edib.

Din Höysen futbola “Kosta Unida” klubunda qədəm qoyub, sonra “Malaqa”da çıxış edib. Ardınca “Yuventus”un akademiyasına yol tapmış Höysen böyük futbolda “byankoneri”nin heyətində debüt edib. Daha sonra “Roma”ya icarəyə verilmiş Höyseni “Qoca Sinyora” ötən ilin iyul ayında 15,20 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Bornmut”a satıb.

Höysen “Bornmut” üçün ümumilikdə 34 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə verib.

Din Höysen 2025-ci ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 2 oyun keçirib, 1 məhsuldar ötürmə ilə fərqlənib. Əlavə edək ki, İspaniyanın əsas yığmasına qədər Höysen Niderlandın U-17, U-18 və U-19 yığmalarında çıxış edib, sonra isə İspaniya U-21 yığmasına qoşulub.

Gənc futbolçunun qənimətlər muzeyində “Yuventus”la qazandığı 2023/2024-cü illər mövsümünün İtaliya Kuboku var.

“Transfermarkt” intenet-portalı 20 yaşlı ispan müdafiəçinin Höysenin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Din Höysen müasir futbolun ən ümidverici müdafiəçilərindən biri hesab edilir, gənc futbolçu həmçinin 1,97 sm ucalığında boyu ilə diqqət çəkir.

Xəbəri sosial şəbəkələrdə paylaş: