Bu gün keçirilmiş səkkiz oyunla futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, turnirin 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 8 görüş baş tutub.
Azərbaycan Kubokunun sahibi “Sabah” da bu gün meydana çıxıb. Paytaxt klubu Sloveniyanın “Çelye” komandasını qəbul edib və 2:3 hesabı ilə uduzub.
Günün ən fərqli nəticəsinə “Şaxtyor” imza atıb. Arda Turanın başçılıq edən Donetsk təmsilçisi “İlves”in qapısından 6 cavabsız top keçirib.
“Şerif”i də növbəti mərhələyə yaxın hesab etmək olar. Moldovalılar “Priştina” ilə qarşılaşmada 4:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, Avroliqada birinci təsnifat mərhələsinin cavab oyunları iyulun 17-də keçiriləcək.
Avropa Liqası
Birinci təsnifat mərhələsinin ilk oyunları
10 iyul
Sabah (Azərbaycan) – Çelye (Sloveniya) 2:3
AEK (Kipr) – Partizan (Serbiya) 1:0
Şerif (Moldova) – Priştina (Kosovo) 4:0
Paks (Macarıstan) – CFR (Rumıniya) 0:0
Levski (Bolqarıstan) – Hapoel (Beer Şeva, İsrail) 0:0
Şaxtyor (Donetsk, Ukrayna) – İlves (Finlandiya) 6:0
Spartak (Trnava, Slovakiya) – Hakken (İsveç) 0:1
Legiya (Polşa) – Aktobe (Qazaxıstan) 1:0


