Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Arena.az xəbər verir ki, baş tutmuş 8 görüşün yekununa əsasən mərhələ adlayacaq komandalar bəlli olublar.
Bu turnirdə mübarizə aparan Azərbaycan Kubokunun qalibi “Sabah” Sloveniyanın “Çelye” kollektivinə uduzaraq Avroliqa ilə vidalaşıb.
Ukrayna “Şaxtyor”u və Moldova “Şerif”i ilk görüşdə qazandıqları böyük üstünlüyü qoruyublar. İki oyunda isə qalib penalti seriyasında bəlli olub. “Levski” və AEK səfərdə lotereya sayəsində mərhələ adlayıblar.
Qeyd edək ki, Avroliqada ikinci təsnifat mərhələsinin ilk matçları iyulun 24-də keçiriləcək.
Avropa Liqası
Birinci təsnifat mərhələsinin cavab oyunları
17 iyul
Aktobe (Qazaxıstan) – Legiya (Polşa) 0:1
İlk oyun: 0:1
İlves (Finlandiya) – Şaxtyor (Donetsk, Ukrayna) 0:0
İlk oyun: 0:6
Hakken (İsveç) – Spartak (Trnava, Slovakiya) 2:2
İlk oyun: 1:0
ÇFR Kluj (Rumıniya) – Paks (Macarıstan) 3:0
İlk oyun: 0:0
Çelye (Sloveniya) – Sabah (Azərbaycan) 3:3
İlk oyun: 3:2
Hapoel (Beer Şeva, İsrail) – Levski (Bolqarıstan) – 1:1 (penaltilər 1:3)
İlk oyun: 0:0
Priştina (Kosovo) – Şerif (Moldova) 2:1
İlk oyun: 0:4
Partizan (Serbiya) – AEK (Kipr) 1:1 (penaltilər 5:6)
İlk oyun: 0:1.


