Snup Doqq İngiltərə klubunun həmsahibi oldu

Məşhur amerikan repçi Snup Doqq (Snoop Dogg) İngiltərə Çempionşipində çıxış edən “Suonsi Siti” klubunun həmsahibi olub.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən məlumat verir:

“Mənim futbola olan məhəbbətim yaxşı məlumdur, amma mənim “Suonsi Siti”nin sahibi olmağım, mənim üçün xüsusilə vacibdir. Klubun və bölgənin tarixi məni həqiqətən də təsirləndirdi. Bu, qürurlu şəhər və işçi sinfinin klubudur. Qiymətləndirilməmiş, amma müqavimət göstərən, elə, mənim kimi.

Bu klubun bir hissəsi oduğum üçün qürur duyuram. Kluba kömək etmək üçün mümkün olan hər şeyi edəcəyəm, bütün azarkeşlərlə tanış olmağımın isə intizarındayam”, deyə Snup Doqq vurğulayıb.

Xatrladaq ki, “Suonsi Siti” İngiltərə Çempionşipinin 2024/2025-ci illər mövsümünü yarış cədvəlinin 11-ci pilləsində başa vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: