“Napoli” Lorentso Lukkanı icarəyə götürdü

“Napoli” “Udineze”nin 24 yaşlı italyan mərkəz hücumçusu Lorentso Lukkanı icarə əsasında “eşşəkciklər”in düşərgəsinə qatıb.

Arena.az bu barədə “Napoli”nin rəsmi saytına istinadən məlumat verir.

İcarə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər müddətdə qüvvədə olacaq.

Keçid Neapol klubuna 9 milyon avro məbləğ müqabilində başa gəlib, icarə müqaviləsi futbolçunun həmçinin mütləq satın alınması haqda maddəni ehtiva edir.

Lorentso Lukka “Torino”nun məzunudur. Hücumçu, karyerası ərzində “Viçentsa”, “Palermo”, “Piza”, “Ayaks” (icarə) və “Udineze”də çıxış edib.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Lukka “Unideze” üçün 36 oyun kçeirib, 14 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Lorentso Lukka 2024-cü ilin oktyabr ayında debüt etdiyi İtaliya yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 5 oyun keçirib.

“Transfermarkt” internet-portalı 24 yaşlı italyan mərkəz hücumçusunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Lukka italyan futbolunun ümidverici hücumçularından biri hesab edilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: