Avroliqa: Əsas mərhələnin ilk turuna yekun vuruldu

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün əsas mərhələsinin 1-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, ilk turun sonuncu oyun günündə daha 9 qarşılaşma baş tutub.

“Ferentsvaroş” – “Viktoriya” matçında qalib müəyyənləşməyib. “Qou Ehed İqlz” evdə “Styaua”ya, “Zalsburq” “Portu”ya, “Utrext” “Olimpik”ə, “Reyncers” isə “Genk”ə eyni hesabla (0:1) uduzub. “Yanq Boyz” da evdə “Panatinaikos”a böyük hesabla məğlub olub.

“Lill” “Brann”ı, “Aston Villa” “Bolonya”nı, “Ştutqart” isə “Selta”nı məğlub yola salıb.

Qeyd edək ki, Avroliqada əsas mərhələnin ilk turunun digər 9 qarşılaşması ötən gün baş tutub.

Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur
24 sentyabr

Qou Ehed İqlz (Niderland) – Styaua (Rumıniya) 0:1
Qol: Mikulesku, 13.

Lill (Fransa) – Brann (Norveç) 2:1
Qollar: İqamane, 54. Jiru, 80 – Maqnusson, 60.

Aston Villa (İngiltərə) – Bolonya (İtaliya) 1:0
Qol: Makqinn, 13.

Yanq Boyz (İsveçrə) – Panatinaikos (Yunanıstan) 1:4
Qollar: Yanko, 25 – Sviderski, 10. Zaruri, 13; 19; 68.

Zalsburq (Avstriya) – Portu (Portuqaliya) 0:1
Qol: Uilyam Qomes, 90+3.

Utrext (Niderland) – Olimpik (Lion, Fransa) 0:1
Qol: Tessmann, 75.

Ferentsvaroş (Macarıstan) – Viktoriya (Çexiya) 1:1
Qollar: Peşiç, 90+4 – Durosinmi, 16.

Reyncers (Şotlandiya) – Genk (Belçika) 0:1
Qol: Hyon-Qyu, 55.

Ştutqart (Almaniya) – Selta (İspaniya) 2:1
Qollar: Buanani, 51. El Xannus, 68 – B.İqlesias, 86.

Xəbəri sosial şəbəkələrdə paylaş: