Avroliqa: Əsas mərhələnin 6-cı turunun oyunları keçiriləcək

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün əsas mərhələsində 6-cı turun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edəcək.

Türkiyənin “Fənərbağça” komandası səfərdə Norveç təmsilçisi “Brann”la qarşılaşacaq.

“Roma” səfərdə “Seltik”lə üz-üzə gələcək. “Betis” isə Zaqreb “Dinamo”sunun qonağı olacaq.

Avroliqa çərçivəsində növbəti qarşılaşmalar gələn il yanvarın 22-də keçiiriləcək.

Avropa Liqası
Liqa mərhələsi, 6-cı tur
11 dekabr

21:45. Dinamo (Zaqreb, Xorvatiya) – Betis (İspaniya)
21:45. Ferentsvaroş (Macarıstan) – Reyncers (Şotlandiya)
21:45. Yanq Boys (İsveçrə) – Lill (Fransa)
21:45. Midtyulland (Danimarka) – Genk (Belçika)
21:45. Ludoqorets (Bolqarıstan) – PAOK (Yunanıstan)
21:45. Şturm (Avstriya) – Srvena Zvezda (Serbiya)
21:45. Nitsa (Fransa) – Braqa (Portuqaliya)
21:45. Ştutqart (Almaniya) – Makkabi (Təl-Əviv, İsrail)
21:45. Utrext (Niderland) – Nottingem Forest (İngiltərə)
00:00. Portu (Portuqaliya) – Malmö (İsveç)
00:00. Olimpik (Lion, Fransa) – Qo Ehed İqlz (Niderland)
00:00. Seltik (Şotlandiya) – Roma (İtaliya)
00:00. Bazel (İsveçrə) – Aston Villa (İngiltərə)
00:00. Frayburq (Almaniya) – Zalsburq (Avstriya)
00:00. Styaua (Rumıniya) – Feyenoord (Niderland)
00:00. Selta (İspaniya) – Bolonya (İtaliya)
00:00. Panatinaikos (Yunanıstan) – Viktoriya (Plzen, Çexiya)
00:00. Brann (Norveç) – Fənərbağça (Türkiyə)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: