Liam Rosenyor – “Çelsi”nin yeni baş məşqçisi!

İngiltərəli futbol mütəxəssis Liam Rosenyor bundan sonra İngiltərənin “Çelsi” komandasının baş məşqçi postunda çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

41 yaşlı məşqçi ilə 6 illik (2032-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. O, bu postda yanvarın 1-də istefaya göndərilmiş Entso Mareskanı əvəzləyib.

Xatırladaq ki, Liam Rosenyor Fransanın “Strasburq” komandasına rəhbərlik edirdi. “Çelsi” onun Liqa 1 təmsilçisindən ayrılması üçün təzminat ödəyib. Fransa klubu artıq özü üçün yeni baş məşqçi axtarışına çıxıb.

Rosenyor daha öncə İngiltərənin “Hall Siti” komandasını çalışdırıb, “Brayton” və “Derbi Kaunti”də köməkçi-məşqçi kimi işləyib.

Xatırladaq ki, “Çelsi” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünün yarış cədvəlində 30 xalla 5-ci pillədə qərarlaşıb. “Zadəganlar” 19 oyuna 8 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət görüblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: