Kivu “İnter”in təqvim sıxılığından şikayətçi deyil

“İnter”in baş məqşçisi Kristian Kivu sıx oyun təqvimi mənzərəsində çoxlu oyunların keçirilməsindən qayğılanmadığını bildirib.

Arena.az rumıniyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Çoxsaylı oyunlar məni heç vaxt narahat etməyib. Oyun cədvəlini bəyənirəm. Bunu oyunçu ikən də bəyənmişəm, elə, indiyə qədər də xoşuma gəlir”, deyə Kivu vurğulayıb.

Xatırladaq ki, “İnter” İtaliya A Seriyasının cari mövsümündə topladığı 64 xalla vahid liderdir. Kivunun komandası keçirdiyi 26 oyunda 21 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. İtaliya nəhəngi UEFA Çempionlar Liqasının pley-off mərhələsində Norveç təmsilçisi “Bodo Qlimt”ə uduzaraq mübarizəni dayandırsa da, ölkə kubokunda mübarizəni davam etdirir. Milan klubu bu turnirdə də finala vəsiqə uğrunda “Komo” ilə mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: