“Bernli” Robbi Breydi ilə yollarını ayırdı

İngiltərənin “Bernli” klubu yarımmüdafiəçisi Robbi Breydi ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçunun müddəti bitən müqaviləsi yenilənməyib. Klub ona xidmətlərinə görə təşəkkür edib.

İrlandiya milli komandasının da üzvü olan Breydi 2017-ci ildən “Bernli”də çıxış edirdi. Yarımmüdafiəçi son mövsümdə Premyer Liqada 19 oyuna çıxıb. O, bu komandanın heyətində bütövlükdə 87 matçda forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: