Omari Kelliman “Çelsi”ni Fransa klubuna dəyişdi

İngiltərənin “Çelsi” klubunun hücumameyilli yarımmüdafiəçisi Omari Kelliman bundan sonra “Strasburq”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.

Liqa 1 təmsilçisi bu transfer üçün Premyer Liqa təmsilçisinə 6 milyon avro ödəyib. 20 yaşlı futbolçu yeni klubu ilə 5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə imzalayıb.

Omari Kelliman isə “Derbi Kaunti”nin yetirməsidir. 2022-ci ildə “Aston Villa”ya keçən yarımmüdafiəçi “Çelsi”yə 2024-cü ildə məhz bu klubdan – 22,5 milyon avro müqabilində transfer edilmişdi.

Kelliman “Çelsi”nin əsas komandasında debüt şansı qazanmayıb. O, bu müddətdə “Kardiff Siti”də icarədə də olub.

Daha öncə Şimali İrlandiyanın U-17 və U-18 yığmalarında oynamış Kelliman, 2023-cü ildən İngiltərənin U-19 millisində çıxış etməyə başlayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,7 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: