Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2026/27 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 2-ci turda Qətərin “Şamal” komandası ilə qarşılaşıb.
Doğma meydanda baş tutmuş bu oyun qolsuz başa çatıb – 0:0. Beləcə, Cənubi Azərbaycan komandası yeni mövsümdə ilk xalını qazanıb.
İranlı Cavad Nekunamın çalışdırdığı kollektiv ÇL-dəki növbəti oyununu səfərdə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” komandasına qarşı keçirəcək. Bu oyun oktyabrın 26-da baş tutacaq.
Qeyd edək ki, Asiya Çempionlar Liqasının yeni mövsümündə ümumilikdə 32 komanda mübarizə aparır. Onlar coğrafi prinsiplə “Qərb” və “Şərq” zonalarına bölünüblər. Hər komanda 8 oyun keçirəcək. Onların nəticələrinə əsasən, “Qərb” və “Şərq”in hərəsindən 8 ən yaxşı komanda 1/8 finalda oynamaq hüququ qazanacaq. Hər zonada 16 komanda yarışır və komandalar qruplar üzrə deyil, vahid turnir sistemi ilə mübarizə aparırlar. Hazırda 1 xalı olan “Traktor” qərb zonasında 12-ci sırada qərarlaşıb.


