İspaniyalı futbol mütəxəssisi Karlos Visens Fransanın “Olimpik” (Lion) komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
43 yaşlı ispaniyalı mütəxəssislə rəsmi müqavilə imzalanıb. Tərəflər arasındakı 18 aylıq anlaşma 2028-ci il iyunun 30-dək qüvvədə olacaq.
Malyorkada anadan olmuş Karlos Visens məşqçilik karyerasının böyük hissəsini İspaniya futbolunda keçirib. O, 2017-ci ildə “Mançester Siti”nin akademiyasına qoşulub və burada U-18 komandasına rəhbərlik edib. Visens 2021-ci ildən isə Xosep Qvardiolanın məşqçilər korpusunda yer alaraq dörd mövsüm əsas komandada çalışıb.
Visens 2025-ci ilin yayında “Mançester Siti”dən ayrılaraq Portuqaliyanın “Braqa” klubuna baş məşqçi təyin olunub. O, ilk mövsümündə komandanı ölkə çempionatında 4-cü yerə çıxarıb, Liqa Kubokunda finala yüksəlib və Avropa Liqasının yarımfinalında iştirak edib.
Xatırladaq ki, Visens Lion “Olimpik”ində bir neçə gün öncə Fransa klubundan ayrılaraq Lissabon “Sportinq”inə baş məşqçi təyin edilmiş Paulo Fonsekanı əvəz edib.


