Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq

Belçika millisinin hücumçusu Romelu Lukaku UEFA Millətlər Liqasının qrup mərhələsində Türkiyəyə qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

Arena.az xəbər verir ki, 33 yaşlı forvardın qarşılaşmada meydana çıxmamasına səbəb əzələ zədəsidir.

Belçika millisinin mətbuat xidmətinin məlumatına görə, məşqçilər və tibbi heyət futbolçunun sağlamlığını riskə atmamaq qərarına gəlib. Lukaku Türkiyəyə səfər edən komandanın heyətinə daxil edilməyib və müalicəsini Belçikada davam etdirəcək.

“Romelu Lukaku Türkiyə ilə oyunda iştirak etməyəcək. Onun bud nahiyəsində yüngül zədə var. Müalicəsini optimal şəraitdə davam etdirməsi üçün ehtiyat tədbiri olaraq Belçikada qalacaq. Tibbi heyət onun bazar günü İtaliya ilə oyuna hazır olması üçün əlindən gələni edir”, – milli komandanın açıqlamasında bildirilib.

Türkiyə və Belçika yığmaları arasında Millətlər Liqasının 5-ci turunun oyunu noyabrın 12-də keçiriləcək.

Belçika yığması 4 turdan sonra 6 xalla qrupda üçüncü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” növbəti matçını noyabrın 15-də İtaliya ilə keçirəcək.

Lukaku klub səviyyəsində Türkiyənin “Fənərbağça” komandasının formasını geyinir. Təcrübəli hücumçu noyabrın 8-də ölkə çempionatında “Çorum”a qarşı keçirilən oyunda da iştirak edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: