Vanis Onsor 22 yaşında məşq zamanı öldü – Fransa şokda

Fransanın “Sen Deni” futbol klubunun sol cinah müdafiəçisi Vanis Onsor noyabrın 11-də məşq zamanı ürəyi dayandığı üçün vəfat edib.

Arena.az xəbər verir ki, bu barədə futbolçunun yetirməsi olduğu “Ruan” klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçunun məşq zamanı ürək tutmasından sonra həyatını itirdiyi bildirilib.

“Ruan” klubunun açıqlamasında Vanis Onsorun qəfil ölümündən xəbər tutduqları qeyd olunub.

Gənc futbolçunun ölümü Fransa futbolunda böyük kədər yaradıb.

Vanis Onsor futbola “Havr”da başlasa da, “Ruan”ın yetirməsi hesab olunur. O, karyerası ərzində “Makon”, “Dyepp”, “Flers” kimi klubların da formasını geyinib. Gənc müdafiəçi bu ilin əvvəlindən “Sen Deni”də çıxış edirdi.

Onsorun ölümü səbəbindən “Sen Deni”nin qarşıdakı çempionat oyunları təxirə salınıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: