AFFA-dan “Neftçi”nin əvəzedici komandasına 200 manatlıq cərimə

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 10-cu turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Əvəzedicilər Liqası, 9-cu tur

“Neftçi-2” – “Turan Tovuz-2” oyunu Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən gec başladığına görə “Neftçi” komandası 200 manat cərimə edilib.

“Neftçi-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz klubu 70 manat cərimə edilib.

“İmişli-2” – “Şamaxı-2” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün Şamaxı təmsilçisi 70 manat cərimə ödəyəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: