Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunmuş tədbirdə 1/4 finala vəsiqə uğrunda hansı komandaların üz-üzə gələcəyi bəlli olub.
Püşkatma nəticəsində 8 cütlüyün tərkibi səpələnmişlər və səpələnməmişlər səbətlərindən seçilərək müəyyənləşdirilib. Səpələnməmişlər səbətində pley-off mərhələsinin qalibləri yer almışdı. Eyni ölkənin komandaları bu mərhələdə də bir-birilərinə rəqib ola bilməzdilər.
Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” qrup qaliblərindən ibarət səpələnmişlər sırasındaydı. Bu səbəbdən, “sarı-qırmızılar” cavab görüşünü evdə keçirəcək. Türkiyə klubu 1/4 finala vəsiqə uğrunda İspaniya nəhəngi “Barselona” ilə qarşılaşmalı olacaq.
Avropa Liqasında 1/8 final mərhələsinin ilk matçları martın 10-da, cavab görüşləri isə martın 17-də keçiriləcək.
Avropa Liqası
1/8 final
Reyncers (Şotlandiya) – Srvena Zvezda (Serbiya)
Braqa (Portuqaliya) – Monako (Fransa)
Portu (Portuqaliya) – Olimpik (Lion, Fransa)
Atalanta (İtaliya) – Bayer (Almaniya)
Sevilya (İspaniya) – Vest Hem (İngiltərə)
Barselona (İspaniya) – Qalatasaray (Türkiyə)
Leypsiq (Almaniya) – Spartak (Moskva, Rusiya)
Betis (İspaniya) – Ayntraxt (Almaniya)


