İtaliyanın “Roma” klubu müdafiəçisi Canluka Mançini ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu 5 illik yeni sözləşməyə imza atıb. Onun əvvəlki sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər idi. Yeni müqaviləyə əsasən, italiyalı futbolçunun illik qazancı da 2.8 milyon avroya qədər artıb.
Canluka Mançini 2019-cu ildən “Roma”da forma geyinir. O, indiyə qədər bu komandanın heyətində meydana çıxdığı 128 oyunda 7 qol vurub. Mərkəz müdafiəçisi daha öncə “Peruca” və “Atalanta”da çıxış edib. Futbolçu İtaliya milli komandasında da 9 oyun keçirib.


