“Napoli” “Tottenhem”in oyunçusu ilə gücləndi

İtaliyanın “Napoli” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Tottenhem” klubunun yarımmüdafiəçisi Tanqi Ndombeleni heyətinə qatıb.

Bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.

Tanqi Ndombele 2019-cu ildən “Tottenhem”də çıxış edirdi. Fransadan olan yarımmüdafiəçi London təmsilçisində 91 oyuna çıxıb, 10 qol vurub. O, bu ilin əvvəlində Lion “Olimpik”inə də icarəyə verilmişdi. Yarımmüdafiəçi bu komandada 15 oyuna 1 qol vurub. Yarımmüdafiəçi daha öncə yetirməsi olduğu “Amyen”də də forma geyinib. O, Fransa yığmasında da 7 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: