Nika Qaqnidze Türkiyə klubundan ayrıldı

Türkiyənin “Ümraniyəspor” klubu Gürcüstandan olan yarımmüdafiəçisi Nika Qaqnidze ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Gürcü futbolçuya xidmətlərinə görə təşəkkür edən Türkiyə klubu, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Nika Qaqnidze bu ilin iyul ayında Gürcüstanın “Dila” klubundan icarə əsasında “Ümraniyəspor”a keçmişdi. Lakin gənc yarımmüdafiəçi bu komandada əsas heyət üzvünə çevrilə bilməyib. O, Super Liqa klubunun heyətində cəmi 3 matça çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: