Futbol üzrə Venesuela yığmasının hücumçusu Salomon Rondon İngiltərənin “Everton” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun klubla 2024-cü ilin yayına qədər olan sözləşməsi var idi.
Xatırladaq ki, Rondon 2021-ci ilin avqust ayında “Everton”la 2+1 illik müqavilə bağlamışdı. O, bu komandanın heyətində meydana çıxdığı 31 oyunda cəmi 3 qol vurub. 33 yaşlı hücumçu bu görüşlərdə 1 məhsuldar ötürmə ilə də yadda qalıb.
Salomon Rondon daha öncə “Araqua”, “Las Palmas”, “Malaqa”, “Rubin”, “Zenit”, “Vest Bromviç”, “Nyukasl”, “Dalyan Professional”, ÇSKA (Moskva) kimi klubların da formasını geyinib. O, Venesuela milli komandasında 92 oyuna 38 qol vurub.


