Xuanmi 2026-cı ilə qədər “Betis”də qalacaq

İspaniyanın “Betis” klubunun hücumçusu Xuanmi La Liqa təmsilçisi ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçu ilə klub arasındakı yeni müqavilənin müddəti 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2024-cü ilin yayına qədər idi.

Tam adı Xuan Migel Ximenes Lopes olan futbolçu 2019-cu ilin yayından “Betis”in uğurları üçün çalışır. O, bu komandanın heyətində indiyə qədər 79 oyuna çıxıb. İspan hücumçu bu görüşlərdə 27 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə o, 5 oyunda cəmi 2 qol vurmağı bacarıb.

Xuanmi “Malaqa”nın yetirməsidir. O, yetirməsi olduğu klubdan əlavə, “Rasinq” (Santander), “Real Sosyedad” və “Sauthempton”da da forma geyinib. Təcrübəli forvard İspaniya milli komandasında cəmi 1 matça çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: