Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Türkiyə kubokunda 1/8 final mərhələsinin qalibləri bir oyuna əsasən müəyyənləşir. Bu mərhələdə VAR sistemindən də istifadə edilir.
İlk oyun “Sivasspor”la “Karacabəy Bələdiyyəspor” arasında baş tutub. Üç cavabsız qol vuran Sivas təmsilçisi 1/4 finala yüksəlib. “Antalyaspor” – “Kayserispor” matçında qalib əlavə vaxtda müəyyənləşib. Bu oyunda isə Kayseri təmsilçisi sevinən tərəf olub. “Qalatasaray” da “Alanyaspor”la oyundan çətin qələbə ilə ayrılıb.
Türkiyə kuboku
1/8 final
17 yanvar
Sivasspor – Karacabəy Bələdiyyəspor 3:0
Qol: H.Arslan, 38; 73. Njie, 83.
Antalyaspor – Kayserispor 0:2
Qol: M.Kadrozo, 105. E.Balçı, 120.
Alanyaspor – Qalatasaray 1:2
Qol: Kavalyero, 67 – Nelsson, 16; Mertens, 38.
18 yanvar
15:30. Fatih Karagümrük – Başakşəhər
18:45. Ankaragücü – Beşiktaş
21:30. Ümraniyəspor – Trabzonspor
19 yanvar
18:30. Qaziantep – Konyaspor
21:30. Fənərbaxça – Rizəspor


