Pablo Sarabiya PSJ-ni “Vulverhempton”a dəyişdi

Futbol üzrə İspaniya milli komandasının hücumameyilli yarımmüdafiəçisi Pablo Sarabiya Fransann PSJ klubundan ayrılıb. Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu bundan sonra İngiltərənin “Vulverhempton” klubunun uğurları üçün çalışacaq.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Sarabiya Premyer Liqa klubu ilə müddəti 2025-ci ilin 30 iyununa qədər olan müqavilə imzalayıb. “Vulverhempton” bu transfer üçün Paris təmsilçisinə 5 milyon avro ödəyib.

Xatırladaq ki, Pablo Sarabiya 2019-cu ildə İspaniyanın “Sevilya” klubundan 18 milyon avro qarşılığında PSJ-yə transfer olunmuşdu. İspan vinger Paris təmsilçisində 98 oyuna çıxıb, 22 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. “Real”ın yetirməsi olan futbolçu daha öncə “Sevilya” ilə yanaşı, “Xetafe” və “Sportinq”də (Lissabon) forma geyinib. Sarabiya İspaniya milli komandasında da 26 oyuna 9 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: