Avropa Liqasında “erkən final”ın qalibi müəyyənləşmədi

Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinə start verilib. Arena.az xəbər verir ki, mərhələnin bütün oyunları eyni gündə keçirilib.

Ən maraqlı qarşılaşma İspaniyada yerli “Barselona” ilə İngiltərənin “Mançester Yunayted” komandası arasında baş tutub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Turnirin favoritləri sırasında göstərilən İtaliyanın “Yuventus” klubu isə Fransanın “Nant” komandası ilə ev oyunundan heç-heçə ilə ayrılıb. İtaliyanın digər təmsilçisi “Roma” səfərdə Avstriya “Zalsburq”una uduzub.

Donetsk “Şaxtyor”u (Ukrayna) Fransanın “Renn” komandası ilə ev oyunundan qələbə ilə ayrılıbsa, İspaniya təmsilçisi “Sevilya” PSV-ni (Niderland) böyük hesabla məğlub edib.

Beş qolun qeydə alındığı “Bayer” (Almaniya) – “Monako” (Fransa) görüşündə qonaqlar qələbə qazanıblar.

“Ayaks” (Niderland) – “Union Berlin” (Almaniya) matçında qapılara qol vurulmayıb. “Sportinq” (Portuqaliya) və “Midtyulland” (Danimarka) arasındakı oyunda da qalib müəyyənləşməyib.

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları fevralın 23-də keçiriləcək.

Avropa Liqası
Pley-offun ilk oyunları
16 fevral

“Ayaks” (Niderland) – “Union Berlin” (Almaniya) 0:0

“Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 2:2
Qol: M.Alonso, 50. Rafinya, 76 – Raşford, 52. Kunde, 59-öz qapısına.

“Zalsburq” (Avstriya) – “Roma” (İtaliya) 1:0
Qol: Kapaldo, 88.

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Renn” (Fransa) 2:1
Qol: Kriskiv, 11. Bondarenko, 45+1 – Ekambi, 59.

“Bayer” (Almaniya) – “Monako” (Fransa) 2:3
Qol: Diabi, 48. Virts, 59 – Hradeçki, 9-öz qapısına. Diatta, 74. Disasi, 90+2.

“Yuventus” (İtaliya) – “Nant” (Fransa) 1:1
Qol: Vlahoviç, 13 – Blas, 60.

“Sevilya” (İspaniya) – PSV (Niderland) 3:0
Qol: En Nesiri, 45+2. Okampos, 50. Qudel, 55.

“Sportinq” (Portuqaliya) – “Midtyulland” (Danimarka) 1:1
Qol: Koates, 90+4 – Aşur, 77.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: