Şahmat yığmamız Avropa çempionatına bu heyətlə yollanır

Martın 3-də Serbiyanın Vrnyaçka Banya şəhərində kişilər arasında şahmat üzrə şəxsi Avropa çempionatına () start veriləcək. Arena.az xəbər verir ki, qitə çempionatında Azərbaycan şahmatçıları da mübarizə aparacaqlar.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, AÇ-də ölkəmizi 19 şahmatçı təmsil edəcək. Bunlar Nicat Abasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıqov, Xəzər Babazadə, Read Səmədov, Ülviyyə Fətəliyeva, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Şahin Vəliyevdir.

Ümumilikdə şəxsi Avropa çempionatında 40 ölkədən 500-dən çox şahmatçının mübarizə aparacağı gözlənilir. Çempionat martın 13-də başa çatacaq.

Qeyd edək ki, açıq turnir xarakteri daşıyan şəxsi Avropa çempionatında qadın şahmatçıların da iştirakına icazə verilir. Bu üzdən Azərbaycan yığmasında da Ülviyyə Fətəliyeba belə bir şansdan yararlanaraq qitə çempionatında mübarizə hüququ qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: