Şahmat yığmamız 100 min avroluq AÇ-də mübarizəyə başlayır

Sabah Serbiyanın Vrnyaçka Banya şəhərində şahmat üzrə 23-cü şəxsi Avropa çempionatına start veriləcək. Arena.az xəbər verir ki, qitə birinciliyində Azərbaycan şahmatçıları da mübarizə aparacaqlar.

Azərbaycanı qitə çempionatında 19 şahmatçı təmsil edəcək. Bunlar Nicat Abasov, Eltac Səfərli, Aydın Süleymanlı, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıxov, Xəzər Babazadə, Riad Səmədov, Ülviyyə Fətəliyeva, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Şahin Vəliyevdir.

Yeri gəlmişkən, artıq Avropa çempionatının mükafat fondu da bəlli olub. Turnirin rəsmi saytının yaydığı məlumata görə, ilk 23 yeri tutacaq şəxslər mükafatlandırılacaqlar. Həmin 23 nəfər həm də Dünya Kuboku-2023-ün təsnifat yarışına vəsiqə qazanacaq.

Avropa çempionatının qalibi 20 min avro əldə edəcək. İkinci yerin sahibi 15 min, üçüncü pillədə qərar tutacaq şahmatçı isə 10 min avro qazanacaq.

Həmçinin, 18 yaşadək gənclər, 50 yaşdan yuxarı yaşlılar və qadınlar üçün də ayrıca mükafat təsis edilib. Ümumilikdə, qitə birinciliyi üçün 100 min avro mükafat fondu ayrılıb.

40 ölkədən 494 şahmatçının mübarizə aparacağı şahmat üzrə şəxsi Avropa çempionatı İsveçrə sistemi ilə keçiriləcək və 11 turdan ibarət olacaq. İştirakçılardan 138-i qrossmeysterdir.

Turnirin mükafat bölgüsü isə belə olacaq:

1-ci yer: 20 000 avro
2-ci yer: 15 000 avro
3-cü yer: 10 000 avro
4-cü yer: 7000 avro
5-ci yer: 6000 avro
6-cı yer: 5000 avro
7-ci yer: 4000 avro
8-ci yer: 3000 avro
9-10-cu yerlər: 2500 avro
11-12-ci yerlər: 2000 avro
13-14-cü yerlər: 1500 avro
15-ci yer: 1400 avro
16-cı yer: 1300 avro
17-ci yer: 1200 avro
18-ci yer: 1100 avro
19-23-cü yerlər: 1000 avro

18 yaşadək şahmatçılar:
1-ci yer: 1000 avro
2-ci yer: 600 avro
3-cü yer: 400 avro

50 yaşdan yuxarı şahmatçılar:
1-ci yer: 1000 avro
2-ci yer: 600 avro
3-cü yer: 400 avro

Qadın şahmatçılar:
1-ci yer: 1200 avro
2-ci yer: 900 avro
3-cü yer: 700 avro
4-cü yer: 500 avro
5-ci yer: 400 avro
6-cı yer: 300 avro

Xəbəri sosial şəbəkələrdə paylaş: