Monteneqronun Petrovats şəhərində qadın şahmatçılar arasında təşkil olunmuş şəxsi Avropa çempionatı ötən gün – martın 29-da başa çatıb. Arena.az xəbər verir ki, yarışda Azərbaycanı 14 iti zəka sahibi təmsil edib.
Komandamız Monteneqroya bu şahmatçılarla yollanmışdı: Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynova
Martın 18-də start götürmüş Avropa çempionatı 11 turdan ibarət idi. Qitə çempionatında 35 ölkənin təmsilçiləri mübarizə aparıblar. Avropa çempionatının ümumi mükafat fondu 60 min avro təşkil edirdi.
Yekunda Azərbaycan şahmatçılarından ən yaxşı nəticəyə Gülnar Məmmədova imza atıb. 7 xal toplayan şahmatçımız yarışı 21-ci pillədə tamamlayıb. Azərbaycan təmsilçilərinin yekun nəticələri belə olub:
25. Gülnar Məmmədova – 7 xal
40. Ülviyyə Fətəliyeva – 6.5 xal
43. Gövhər Beydullayeva – 6 xal
46. Günay Məmmədzadə – 6 xal
64. Xəyalə Abdulla – 5.5 xal
66. Türkan Məmmədyarova – 5.5 xal
76. Ləman Hacıyeva – 5.5 xal
90. Nərmin Abdinova – 5 xal
91. Ayan Allahverdiyeva – 5 xal
102. Mələk İsmayıl – 4.5 xal
113. Səbinə İbrahimova – 4 xal
119. Nazlı Hümbətova – 4 xal
124. Lalə Hüseynova – 3.5 xal
130. Xanım Balacayeva – 3 xal
Gürcüstandan olan Meri Arabidze 8.5 xal toplayaraq Avropa çempionu adını qazanıb. Polşadan olan Oliviya Kiolbasa da yeni xal toplamasına baxmayaraq, gümüş medalla kifayətlənib. Bürünc medal da Polşa şahmatçısına – Aleksandra Maltsevskayaya qismət olub.


