“Yuve” “İnter” üzərində qələbəni əldən verdi – İtaliya kubokunda

Bu gün futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Yarımfinalın ilk matçında “Yuventus” doğma meydanda “İnter”lə qarşılaşıb. Görüşün sonlarında Turin təmsilçisi hesabı açsa da, əlavə vaxtda penalti qazanan milanlılar məğlubiyyətdən xilas ola biliblər. Beləcə, tərəflər ilk oyunda qalibi müəyyənləşdirə bilməyiblər. Bu komandalar arasındakı cavab görüşü aprelin 26-da Milanda baş tutacaq.

İtaliya kubokunda yarımfinalın digər qarşılaşması sabah “Kremoneze” ilə “Fiorentina” arasında keçiriləcək. Bu komandaların cavab qarşılaşması isə aprelin 27-də olacaq.

İtaliya kuboku
Yarımfinalın ilk oyunları
4 aprel

Yuventus – İnter 1:1
Qol: Kuadrado, 83 – Lukaku, 90+5-pen.

5 aprel

23:00. Kremoneze – Fiorentina

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: