Azərbaycanın iki şahmatçısı – Misrətdin İsgəndərov və Vüqar Rəsulov beynəlxalq turnirdə iştirak etmək üçün Özbəkistana yollanıblar. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu gün – aprelin 5-də Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə Aqzamov memorialına start veriləcək.
Turnirdə Azərbaycanın iki şahmatçısı – Misrətdin İsgəndərov və Vüqar Rəsulov mübarizə aparacaqlar.
Aprelin 12-dək davam edəcək yarışda 63 şahmatçı birincilik uğrunda yarışacaq. Turnirin reytinq favoriti yerli idmançı Şamsiddin Vohidovdur.
Xatırladaq ki, ümumilikdə memorialda 11 ölkədən şahmatçılar iştirak edəcək.


