17 yaşadək futbolçu qızlardan ibarət Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxaretsdə keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, beynəlxalq turnir aprelin 22-dən 28-nə qədər davam edəcək.
Azərbaycan millisi turnirdə Ukrayna, Rumıniya və Yunanıstan yığmaları ilə mübarizə aparacaq. Millimizin bu rəqiblərlə oyunlarının təqvimini də məlumdur:
Azərbaycan – Ukrayna
23 aprel. Buftea Futbol Mərkəzi. Saat 12:00
Rumıniya – Azərbaycan
25 aprel. Buftea Futbol Mərkəzi. Saat 17:00
Yunanıstan – Azərbaycan
28 aprel. Buftea Futbol Mərkəzi. Saat 11:00
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Yığmamız turnir ərəfəsində Bakıda təlim-məşq toplanışında olacaq. Bu hazırlıq prosesi isə aprelin 17-dən 21-nə qədər davam edəcək. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Firuzə Bayramova – Dinamo (Balakən)
- Nərgiz Ağaliyeva – Baku Sporting
- Pərişan Abdullayeva – Xırdalan Siti
- Məsumə Nəzərli – Neftçi
- Vahidə Əlipaşayeva – İnter (Xaçmaz)
- Aygün Novruzova – Xırdalan Siti
- Ləman Əliyeva – UGİM Naftalan
- Arzu Cəfərova – Baku Sporting
- Ülviyyə İslamova – İnter (Xaçmaz)
- Xanım Əsədova – 8-RİOEUGİM
- Ayşən Salamzadə – Neftçi
- Bədriyyə Mövludova – İnter (Xaçmaz)
- Adelina Ağayeva – Xırdalan Siti
- Səma Əsədova – Gömrükçü
- Aysel Cumayeva – Balxurma
- Arzu Ağalıyeva – Baku Sporting
- Alina İsrafilova – Xırdalan Siti
- Ella Əmirova – Baku Sporting
- Natella Məmmədova – Baku Sporting
- Günay Sultanlı – Xırdalan Siti


