İlkay Gündoğan “Mançester Siti”dən ayrılır?

Mançester Siti”nin və Almaniya yığmasının türkəsilli yarımmüdafiəçisi İlkay Gündoğan gələcək karyerası ilə bağlı suala aydınlıq gətirib.

Arena.az bu barədə məşhur italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbədən alınmış məlumata görə təcrübəli futbolçu bu xüsusda fikrini qısa ifadə edib:

“Mənim gələcəyim? Mən hələ yekun qərar qəbul etməmişəm”.

32 yaşlı yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Xatırladaq ki, İlkay “Barselona” və PSJ-nin maraq dairəsindədir.

Geridə qalmış mövsüm ərzində İlkay Gündoğan “şəhərlilər”in heyətində 51 oyunda meydana çıxaraq 11 qol vurub, 7 məhsuldar ötürmə ilə fərqlənib. Gündoğan mövsümü “trebl”lə başa vurub: Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı Gündoğanı 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: