Cud Bellingem: “Real” dünyada ən böyük klubdur”

“Real”ın yarımmüdafiəçisi Cud Bellingem nədən İspaniya futbol nəhənginə keçmək qərarına gəldiyini açıqlayıb.

Arena.az “Mundo Deportivo”ya istinadən Bellingemin sözlərini diqqətinizə çatdırır:

“Bura mənim çox xoşuma gəlir. Bu, tarixin ən böyük klubudur, çoxlarının burada oynamaq şansı yoxdur. Məni bura gətirənlərə minnətdaram. Pul mənim üçün o qədər də vacib deyildi, maliyyə tərkibi haqqında düşünmürdüm. Bu, mənim üçün heç vaxt vacib bir şey olmayıb. Mən Dortmund “Borussiya”sı ilə danışıqlar aparırdım, “Real”ın təklifini bəyəndim və buna görə də hər şeyin tez olmasını istədim. Digər komandaların təklifləri də pis deyildi, əlbəttə ki, yox, amma mən Madridi seçdim”.

Qeyd edək ki, “Real” bu gün Cud Bellingem üçün rəsmi təqdimat mərasimi keçirib. 19 yaşlı futbolçunun Madrid təmsilçisində “5” nömrə altında çıxış edəcəyi məlum olub.

Xatırladaq ki, “Real”a keçməzdən əvvəl İngiltərənin aparıcı klublarının əksəriyyətinin Bellingemlə maraqlandığı bildirilirdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: