“Çelsi” fəal surətdə hazırkı titul sponsoru olan “Three UK” mobil operatorunu əvəz edəcək yeni himayədar axtarır.
Arena.az xəbər verir ki, bu barədə “Sport Business” məlumat verib.
Mənbənin sözlərinə görə, hazırda “Çelsi” bu xüsusda “Stake” mərc platforması ilə danışıqlar aparır. Şirkət “zadəganlar”la sponsorluq müqaviləsi bağlamaq üçün əsas namizəddir. “Stake” “Çelsi”yə ildə təxminən 46 milyon avro təklif edir.
Vurğulayaq ki, 2026/2027 mövsümündən etibarən Premyer Liqada futbol köynəkləri üzərində bukmeker reklamları qadağan olunacaq.
Bildirilir ki, başqa bir namizəd – Almaniyanın ən böyük sığorta şirkəti “Allianz” “zadəganlar”a mövsümə 23 milyon avro təklif edib.
Daha əvvəl, “Çelsi” kriptovalyuta şirkətlərindən biri ilə mövsümü 50 milyon avro məbləğində müqavilə imzalamağa yaxın idi, lakin müqavilə uğursuzluğa düçar olub.
Xatırladaq ki, “Three UK” ilə müqavilə “Çelsi”yə ildə 46 milyon avro qazandırmışdı.


