Ötən mövsümü çempion kimi başa vuran Fransa nəhəngi PSJ növbəti mövsüm üçün fəal şəkildə yeni baş məşqçi axtarışındadır.
Arena.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, Yulian Nagelsmanın klubla əməkdaşlığa imtinasından sonra parislilərin baş məşqçi postuna dörd əsas namizədi var.
Onlardan birincisi, London “Arsenal”ının çalışdırıcısı Mikel Artetadır. Paris klubunun idman direktoru Luis Kampos əvvəllər parislilərin heyətində çıxış edən ispan məşqçi ilə artıq danışıqlar aparıb. Ancaq ispan mütəxəssisin bu komandanı çalışdırmaq ehtimalı çox azdır.
Həmçinin parislilərin diqqəti “Portu”nun baş məşqçisi Serjiu Konseysaunun üzərindədir. Portuqal mütəxəssisin agenti danışıqlar aparmaq üçün bu həftəsonu Parisdə olacaq.
PSJ “Bolonya”nın baş məşqçisi Tyaqo Motta, eləcə də “Barselona”nın və İspaniya yığmasının sabiq baş məşqçisi Luis Enrike ilə maraqlanmaqda davam edir.


