Baş məşqçisi Kristof Qaltyeni yola salmağa hazırlaşan Fransa çempionu PSJ gələn həftə ispan məşqçi Luis Enrike ilə anlaşdığını elan edəcək.
Arena.az bu barədə “L’Equipe”ə istinadən məlumat verir.
Mənbənin sözlərinə görə, tərəflər yekun razılaşmaya yaxındırlar. 53 yaşlı mütəxəssis gələn həftə Paris klubu ilə müqavilə imzalaya bilər.
Bildirilir ki, PSJ-nin prezidenti Nasser Əl-Xelaifi və klubun idman direktoru Luis Kampos, Luis Enrike ilə işləməkdə ilk növbədə maraqlıdırlar. Bu amil parislilərin son seçiminə çox təsir edib.
Xatırladaq ki, Luis Enrike 2023-cü ilin yanvarından işsizdir. İspan mütəxəssis əsas uğursuzluğu 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının 1/8 finalında İspaniya yığması ilə Mərakeşə məğlubiyyətidir. O, “Barselona”ya rəhbərliyi müddətində 9 kubok qazanıb.
Daha əvvəl Paris klubunun digər namizədlər – Yulian Nagelsman və Xabi Alonso ilə danışıqları barədə məlumat yayılmışdı.
PSJ-nin baş məşqçisi Kristof Qaltyenin klubla müqaviləsinin müddəti bu ayın sonunda başa çatır. Paris təmsilçisi onunla yeni sözləşmə imzalamaq istəmir.


