Luis Suares karyerasına xitam verir – Səhhətinə görə

“Qremio”nun və Uruqvay yığmasının hücumçusu Luis Suares səhhətindəki problemlərə görə karyerasını bitirməyi planlaşdırır.

Arena.az xəbər verir ki, artıq o, bu barədə istəyini Braziliya klubunun rəhbərliyinə çatdırıb.

Məlumata görə, 36 yaşlı uruqvaylı hücumçu dizində yaranmış problemlərə görə futboldan ayrılmağı düşünür. Vurğulanır ki, Braziliya klubu futbolçunun komandadan ayrıldıqdan sonra başqa klubla müqavilə bağlayacağı təqdirdə, futbolçuya görə təzminat ala biləcəyi müqaviləni Suareslə yazılı surətdə razılaşdırmaq istəyir.

Luis Suares “Qremio”ya Uruqvay “Nasyonal”ından keçib. Ötən ilin son günü “Qremio”ya qoşulmuş Suaresin klubla 2024-cü ilə qədər müqaviləsi var.

2022/2023 mövsümündə Suares “Qremio”da 25 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

“Transfermarkt” internet-portalı Luis Suaresi 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: