“Çelsi” bu dəfə də yaxşı qurtardı

İngiltərə Premyer Liqasının rəhbərliyi Səudiyyə Dövlət Fondunun “Çelsi”də payının olub-olmadığını təftiş edib.

Arena.az bu barədə “The Telegraph”a istinadən xəbər verir.

Premyer Liqa Səudiyyə Ərəbistanı Suveren Fondunun (PIF) London klubunun “Clearlake Capital” və “Todd Bowley” tərəfindən alınmasında iştirak etmədiyinə dair tərəflərdən yazılı təminat istəyib.

Paytaxt təmsilçisinin rəqibləri Səudiyyə Ərəbistanı klublarının bəzi “Çelsi” oyunçularına qəfil marağından narahatlığını ifadə etsələr də, Premyer Liqa rəhbərliyi heç bir maraq toqquşmasının olmadığına əmindir.

PIF-in “Clearlake”də sərmayələri var. Ancaq bu məqam, ötən il yeni sahiblərin nəzərdən keçirilməsi zamanı ətraflı baxışdan keçirilib. Premyer Liqaya qurumun müvafiq sorğusu əsasında ətraflı məlumat verilib.

“Clearlake” və Todd Bowley”, PIF-in “Çelsi”nin mülkiyyət strukturunun “bir hissəsi olmadığını” təsdiqləyib və Premyer Liqaya PIF-in gələcəkdə də şirkətdə səhmdar “olmayacağına və ola bilməyəcəyinə” dair əlavə təminatlar verilib.

“Çelsi” mənbələrində klubun futbolçularına marağın sırf kommersiya xarakteri daşıdığı və bunun klubun Yaxın Şərqdəki məşhurluğu ilə bağlı olduğu deyilir. “Zadəganlar” həmçinin PIF-in London klubunda maliyyə marağı olduğunu təkzib ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: