Ukrayna Futbol Assosiasiyası UEFA-dan Çempionlar Liqasının İstanbul finalında Ukrayna bayrağı ilə bağlı hadisənin izahına dair məktub alıb.
Arena.az xatırladır ki, oyun zamanı stüard stadionda tamaşaçının əlindən Ukrayna bayrağını almağa çalışıb.
“UEFA bu qaranlıq vaxtlarda Ukrayna futbolunu dəstəkləməyə sadiqdir. Biz hamımız sülh və idmanın tezliklə sizin gündəlik işinizə çevriləcəyinə səmimi qəlbdən ümidvarıq.
İstanbulda baş verən xoşagəlməz hadisəyə gəlincə, əmin olun ki, bu, yerli stadionun stüardlarından birinin qanunsuz, əsassız təşəbbüsü olub. Bu, yüksək səviyyəli rəhbərlərə məlum olduqdan sonra qarşısı dərhal alınıb.
Təbii ki, bu məqamın sizə verdiyi ağrıya görə təəssüflənirik. Gələcəkdə bənzər halların qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, deyə UEFA-nın rəsmi saytı qurumun mövqeyini bəyan edib.


