Mateo Kovaçiçin “Mançester Siti”yə keçidi tamamlanmaq üzrədir

“Çelsi”nin xorvat yarımmüdafiəçisi Mateo Kovaçiçin “Mançester Siti”yə transferinin son mərhələdə olduğu haqda məlumat yayılıb.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Kovaçiçin “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Ötən həftə Kovaçiç tibbi müayinədən uğurla keçib.

Transfer qarşılığında “Mançester Siti”nin “Çelsi”yə 29 milyon avro və daha 6 milyon avro bonus ödəyəcəyi bildirilir.

2022/2023 mövsümündə Kovaçiç “Çelsi”nin heyətində 37 oyuna çıxıb, 2 qol vurub, eyni sayda məhsuldar ötürmə edib.

“Transfermarkt” internet-portalı Mateo Kovaçiçi 38 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl “Mançester Siti”nin kapitanı, yarımmüdafiəçi İlkay Gündoğanın “Barselona”ya keçidi baş tutmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: