Beqiristayn Kovaçiçin transfer səbəbini açıqladı

“Mançester Siti”nin idman direktoru Çiki Beqiristayn xorvat yarımmüdafiəçi Mateo Kovaçiçin transferini şərh edib.

Arena.az “Mançester Siti”nin mətbuat xidmətinə istinadən Beqiristaynın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Biz onu çoxdan izləyirik və hər dəfə onun oyununu görəndə, bizi heyran edirdi. Bu, bizim klubumuz üçün böyük bir sövdədir. Onun burada olmasına çox şadam. Mən Kovaçiçin Qvardiola və oyunçularımızla nəyə nail ola biləcəyini görmək intizarındayam”.

“Mançester Siti” Kovaçiçlə müddəti 2027-ci ilə qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. “Şəhərlilər” bu transfer üçün “Çelsi”yə bonuslar xaric, təxminən 30 milyon avro ödəyiblər.

29 yaşlı Kovaçiç beş mövsüm ərzində “Çelsi”nin heyətində 221 oyuna çıxıb, 6 qol vurub, 15 məhsuldar ötürmə verib. Kovaçiç “zadəganlar”la UEFA Çempionlar Liqasını, Avropa Liqasını, UEFA Super Kubokunu, FIFA Klub Dünya Kubokunu qazanıb. Bununla yanaşı, Kovaçiç 2019/2020 mövsümündə nəticələrinə görə, “Çelsi”nin ən yaxşı futbolçusu seçilib.

“Transfermarkt” internet-portalı Mateo Kovaçiçi 38 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: