“Barselona”nın prezidenti Joan Laporta La Liqa rəsmilərinin CVC ilə müqavilə imzalamaq üçün kluba təzyiq göstərdiyini etiraf edib.
Arena.az bu barədə “Sport.es”ə istinadən xəbər verir.
“Mən “Neqreyra işi”nin ortaya çıxmasını onunla əlaqələndirirəm ki, biz özümüz üçün xoşbəxtlikdən, CVC ilə müqavilə imzalamamışıq. Bu müqavilə klubu 50 il müddətinə “böyrü üstə qoyardı”. Bu, klubların televiziya hüquqlarının 10,95%-ni özündə saxlayan fonddur. Bu kreditdir, bu əməliyyatın “Barselona”ya fayda verdiyini görmədik. Bizim, pula ehtiyacımız vardı, ona görə də televiziya hüquqlarımızın 25%-ni satdıq və bununla da klubu xilas etdik. Amma biz vəziyyəti tam düzəltməmişik.
Müqavilənin şərtlərindən biri La Liqanın cari prezidenti Xavyer Tebasın əvvəlcə 15 il, sonra isə 8 il vəzifəsində qalması idi. Onun məvacibi bank prezidentlərinin maaşından iki dəfə çox olacaq. La Liqada bizə bildirdilər ki, CVC ilə müqavilə bağlasaq, onlar bizim üçün ədalətli oyunu (fair-play) 15% sadələşdirəcəklər. Tebas bizə dedi ki, razılaşmasaq, oyunçularla müqavilə imzalaya bilməyəcəyik, liqa bizim üçün işi çətinləşdirəcək. Hazırda iş məhkəmədədir”, deyə Joan Laporta açıqlama verib.


