Futbol üzrə İngiltərə çempionu “Mançester Siti” 2012/2013 mövsümündə qanunsuz olaraq 30 milyon funt-sterlinq alıb.
Arena.az bu barədə “The Times”a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, maliyyə hesabatlarından belə görünür ki, Əbu-Dabidən olan naməlum şəxs “Mançester Siti”nin hesablarına iki dəfə 15 milyon funt-sterlinq məbləğində köçürmə edib. Ödənişlər Birləşmiş Ərəb Əmirlikləri hökumətinə məxsus “Etisalat” telekommunikasiya şirkətinin sponsorluq ödənişləri kimi həyata keçirilib. Bununla belə, UEFA əmindir ki, bu köçürmələr klub sahiblərinin gizli ödənişləridir. Təhqiqat davam edir.
Xatırladaq ki, yalnız İngiltərə Premyer Liqası (APL) 2009/2010 mövsümündən bəri “Mançester Siti”ni 115 maliyyə pozuntusunda ittiham edib.
Xatırladaq ki, “şəhərlilər” üçün geridə qalmış mövsüm klub tarixinin ən şanlı səhifəsi kimi əlamətdar olub. Xosep Qvardiolanın çalışdırdığı “Mançseter Siti” “trebl”ə imza atıb: İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.


