“Barselona”nın 19 yaşlı mərkəz yarımmüdafiəçisi Aleş Qarrido müqaviləsindəki sərbəstqalma maddəsi ilə bağlı fikrini bildirib.
Arena.az “Mundo Deportivo”ya istinadən Aleş Qarridonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“400 milyon avro sərbəstqalma təzminatı? Hər şey yaxşı gedir, belə, heç kim mənimlə müqavilə imzalamaz. Hər şey yaxşıdır. Heç bir şikayətim yoxdur, bu, qarşıdakı iki ili burada qalacağıma zəmanətdir. Yay təlim-məşq toplanışı üçün əsas komandaya çağırış? Bir günlüyə çağırış bir şey, kumirlərinizlə həftələr keçirmək, onlarla görüşmək və yerinizi tutmaq üçün məşqdə və oyunlarda onlarla mübarizə aparmaq başqa bir işdir”, deyə Qarrido bildirib.
Geridə qalmış mövsümdə Qarrido “Barselona Atletik” və “Barselona U-19”-un heyətində cəmi 17 oyuna çıxıb, 2 qol vurub, 7 məhsuldar verib.
Qarrido əsas komandanın heyətində cəmi 1 La Liqa oyununda meydana çıxaraq, 6 dəqiqə oynayıb.
“Transfermarkt” internet-portalı Aleş Qarridonu 300 min avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Barselona”nın əsas komandası geridə qalmış mövsümdə Xavinin rəhbərliyi altında İspaniya çempionluğunu qazanıb.


