İspaniya çempionu “Barselona” 31 yaşlı dayaq yarımmüdafiəçisi Oriol Romeu üçün “Jirona”ya təklif göndərəcək.
Arena.az bu barədə “Diario AS” dərgisinə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, kataloniyalılar Romeu üçün təxminən 5-6 milyon avro ödəməyə hazırdırlar. Romeunun özü də doğma klubuna qayıtmağı səbirsizliklə gözləyir.
“Jirona”nın Romeu ilə ayrılmağa tələsmədiyi və “Barselona”dan daha təkmil təklif (10 milyon avro) almağı gözlədiyi vurğulanır.
Geridə qalmış mövsüm ərzində Romeu “Jirona”nın heyətində 34 oyuna çıxıb, 2 qol vurub.
“Transfermarkt” internet portalı Oriol Romeunu 5 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Oriol Romeu məhz Kataloniya klubunun yetirməsidir. O, karyerasının ilk illərində bu klubun əsas komandasında bir neçə oyuna çıxsa da, “Çelsi”yə satılıb, sonralar “Valensiya”, “Ştutqart” və “Sauthempton”da da oynayıb.


