Abdul-Rahman Baba “Çelsi”dən ayrıldı

İngiltərənin “Çelsi” klubu 29 yaşlı qanalı sol cinal müdafiəçisi Abdul-Rahman Baba ilə müqaviləsinə xitam verib.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Baba Yunanıstan PAOK-u ilə 2 il müddətinə müqavilə imzalayacaq.

“Çelsi” Babanı 2015-ci ildə 25 milyon avroya heyətinə qatıb. Amma o, “zadəganlar”la yalnız 2015/2016 mövsümünü keçirib. Qalan 7 mövsümü Baba icarələrdə top qovub. O, “Şalke”, “Reyms”, “Malyorka”, “PAOK” və “Ridinq”də çıxış edib.

Geridə qalmış mövsümdə Baba “Ridinq”in heyətində 20 oyuna çıxıb.

“Transfermarkt” internet-portalı Babanı 1,2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: