“Çelsi” Paulo Dibalanın transferində maraqlıdır

“Çelsi” 29 yaşlı argentinalı hücumçu Paulo Dibalanın agenti ilə əlaqə saxlayaraq, futbolçunun transferində maraqlı olduğunu bildirib.

Arena.az bu barədə “Football Italia”nın transferlər üzrə mütəxəssis portuqal Pedro Almeydaya istinadı əsasında xəbər verir.

Mənbənin məlumatına görə, “Çelsi” Dibalanın müqaviləsində göstərilmiş 12 milyon avroluq satınalma maddəsini təmin edə bilər.

Paulo Dibala “Roma”ya keçən yay “Yuventus”dan azad agent qismində keçib və 2025-ci ilin iyun ayına qədər müqavilə imzalayıb. Müqavilədə haqqında söz açılan satınalma maddəsi nəzərdə tutlub. Hansı ki, İtaliya klubları üçün bu məbləğ, 20 milyon avrodur.

“Roma” bu bəndi futbolçunun müqaviləsindən çıxararaq, onun məvacibini mövsümdə 6 milyon avroya yüksəldə bilər.

Geridə qalmış 2022/2023 mövsümündə Paulo Dibala “Roma”nın heyətində 38 oyuna çıxıb, 18 qol vurub, 8 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Paulo Dibalanı 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: